7 C
Baku
Sunday, December 15, 2024

Rusiya buğdanın ixracına rüsumu ikiqat artırır

Rusiyada hökuməti, buğda ixracına tətbiq etdiyi vergini 1 martdan etibarən hər tonu üçün 50 avro olaraq tətbiq olunmasını təsdiqləyib.

Banker.az BloombergHT-yə istinadən xəbər verir ki, 15 fevral-1 mart dövrü üçün 1 ton üçün 25 avro olaraq tətbiq olunacaq vergi, 1 martdan 30 İyuna qədər 1 ton üçün 50 avro olaraq tətbiq olunacaq.

Arpa və qarğıdalı ixracı vergisi isə 15 mart-30 iyun dövrü üçün 10 avro/ton və 24 avro/ton olaraq təyin olunub.

Rusiya İqtisadiyyat nazirinin müavini Vladimir İlyiçyov açıqlamasına görə, bazarlardakı vəziyyəti izləməyə davam edəcəklərini və lazım olduğunda taxıl ixracı mexanizmində daha çox tənzimləmə etməyə hazır olduqlarını bildirib.

Nazir müavini 1 iyulda başlayacaq yeni bazar dövründə də buğda ixracına vergi tətbiqinə davam edəcəklərini, bu mövzuda düstur hazırlıqlarının davam etdiyini qeyd edib.

2019-cu il üzrə Rusiya buğdasını alan əsas 10 ölkə
Ölkələr İxrac, min dollar
1 Türkiyə 1,376,424
2 Misir 1,273,640
3 Banqladeş 524,626
4 Azərbaycan 257,100
5 Sudan 204,167
6 Yəmən 188,866
7 Nigeriya 180,635
8 BƏƏ 149,865
9 Latviya 108,011
10 Vietnam 107,196
Dünya 6,399,310

 

Qeyd edək ki, 2020-ci il üzrə Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan buğdanın 99%-dən çoxunu RF-dən alır. Ölkəmizə RF-dən ötən il 1.36 mln. ton və ya, 296.91 mln. dollarlıq buğda idxal olunub. Yəni, ötən il Azərbaycan buğdanı RF-dən hər tonunu 217 dollara idxal edib.

Son xəbərlər
Digər xəbərlər