Dünyanın buğda bazarında təqribən 18% paya sahib olmaqla ən böyük ixracatçısı Rusiyadır. Ölkə Rusiyada hərbi əməliyyatlara başlayandan sonra strateji məhsulun ixracına qadağa qoymağa başladı.
Banker.az olaraq bu dəfə Rusiya Federasiyasından TOP20 ən böyük buğda alıcılarını araşdırdıq.
Beynəlxalq Ticarət Mərkəzinin (ITC) açıqlamasına görə, 2021-ci ildə Rusiya xaricə 7.27 mlrd. dollarlıq buğda satıb, bunun da 25%-i Türkiyənin, 21%-i Misirin və 4%-i Azərbaycanın payına düşüb.