27 C
Baku
Saturday, July 27, 2024

Rusiya Çinə yeni səfir təyin edib

Rusiya Federasiyası Çinə yeni səfir təyin edib.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.

Prezidentin fərmanı ilə Rusiya xarici işlər nazirinin müavini İqor Morqulov Çin Xalq Respublikasına fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin olunub.

Qeyd edək ki, əvvəlki səfir Andrey Denisov bir müddət əvvəl vəzifəsindən istefa verdiyini açıqlayıb. Onun Saratov vilayətindən Federasiya Şurasına senator göndərilməsi gözlənilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər