16 C
Baku
Friday, November 22, 2024

Rusiya Çinə neft ixracı üzrə S. Ərəbistanını keçib

May ayında Çin Rusiyadan xam neft idxalını illik müqayisədə rekord 55% artırıb, bununla da Rusiya Səudiyyə Ərəbistanını sıxışdıraraq Çinə ixrac üzrə birinci yeri tutub.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

Mayda Rusiyadan Çinə neft tədarükünün həcmi təqribən 8.42 milyon ton təşkil edib ki, bu da sutkada 1.98 milyon barelə bərabərdir. Agentlik qeyd edir ki, may ayının göstəriciləri aprel ayı ilə müqayisədə dörddə bir dəfə çoxdur.

Kəskin artım çinli alıcının Rusiyadan neft tədarükünə beynəlxalq sanksiyalar fonunda böyük endirimlər şəraitindən istifadə etməsi sayəsində olub. Səudiyyə Ərəbistanından Çinə tədarük edilən neftin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8.7% artaraq ikinci yerdə qərarlaşıb.

Bu həm də Braziliyadan tədarükün azalmasına səbəb olub – may ayında bu ölkənin Çinə ixracı 19% azalıb və 2.2 milyon ton təşkil edib.

Eyni zamanda, Çin 2019-cu ildən bəri ABŞ-ın ikinci dərəcəli sanksiyaları altına düşmək qorxusundan Venesuela neftini almağı dayandırıb. May ayında Bolivar Respublikasından ixrac sıfır səviyyəsində olub.

Xatırladaq ki, ABŞ, Avropa İttifaqı və digər ölkələr Rusiyanın Ukraynada müharibəyə başlaması fonunda Rusiya neftinə embarqo tətbiq edib. Bununla əlaqədar olaraq, ölkə neftini endirimli qiymətə satmağa başlayıb.

Son xəbərlər
Digər xəbərlər