6 C
Baku
Sunday, December 15, 2024

Rusiya Çinə təcili dəmir yolu çəkməyə hazırlaşır

Rusiya Çinlə dəmir yolu tikintisini təcili olaraq həyata keçirməyə hazırlaşır.

Bu barədə Rusiya Nəqliyyat Nazirliyinin təqdimatında bildirilib.

Qeyd olunub ki, Rusiya 2030-cu ilədək bu istiqamətdə görülən işlərə 30,8 milyard dollar ayıracaq.

Bildirilib ki, dəmir yolunun tikinti işlərinə 7 layihə daxildir. Həmin plana uyğun olaraq, Rusiyanın qonşu ölkələrlə sərhədindən 369 kilometr uzunluğunda üç yeni keçid məntəqəsi keçəcək.

Habelə Rusiya ərazisindən Qazaxıstan, Monqolustan və Çinə üç min kilometrlik dəmir yolunun çəkilməsi də nəzərdə tutulur.

Məlumata görə, bu layihələr Transsibir və Baykal-Amur magistralının yükünün azalmasına hesablanıb.

Rusiya Milli Reytinq Agentliyinin reytinq xidmətinin icraçı direktoru Sregey Qrişunin bildirib ki, bu layihəni tezliklə reallaşdırmaq mümkün olmayacaq: “Təkcə Monqolustana çəkiləcək dəmir yolu 31 milyard dollara başa gələcək. Ona görə də Çin və Asiyadakı başqa tərəfdarları olmadan Rusiya bu layihənin öhdəsində gələ bilməyəcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər