Rusiya, Çin, ABŞ və Pakistan Kabildə Əfqanıstanla bağlı görüş keçirəcəklər.
Bu barədə Rusiya XİN-dən məlumat verilib.
Bildirilib ki, vəziyyətin stabilləşməsindən və aeroportun fəaliyyətinin bərpa edilməsindən sonra tərəflər Əfqanıstanın paytaxtı Kabil şəhərində görüş keçirəcəklər.
Görüşdə Əfqanıstanla bağlı məsələlər müzakirə ediləcək.