23 C
Baku
Thursday, October 10, 2024

Rusiya Çin avtomobillərinin əsas idxalçısına çevrilib

Rusiya Çin avtomobillərinin əsas idxalçısına, Çin isə Rusiya Federasiyasına avtomobillərin əsas tədarükçüsünə çevrilib.

Bunu Çinin Rusiyadakı səfiri Çjan Hanhui yerli KİV-ə müsahibəsində bildirib.

“Son illərdə Çin-Rusiya praktiki əməkdaşlığı həm kəmiyyət, həm də keyfiyyətcə inkişaf edir və nəzərəçarpacaq uğur nümayiş etdirir. Çin 13 il ardıcıl olaraq Rusiyanın ən böyük ticarət tərəfdaşı olaraq qalır”, – deyə səfir vurğulayıb.

Hanhui qeyd edib ki, ikitərəfli əməkdaşlığın əhatə dairəsi daim genişlənir və Çin şirkətlərinin Rusiya ilə əməkdaşlığa marağı artır.

“Hazırda avtomobil sənayesində əməkdaşlıq ikitərəfli ticarətin mühüm tərkib hissəsinə çevrilib. Çin Rusiyaya avtomobillərin əsas təchizatçısına çevrilib, ixracın həcmi həm fiziki, həm də pul baxımından əhəmiyyətli dərəcədə artıb, Rusiya isə Çin avtomobillərinin əsas idxalçısına çevrilib”, – deyə səfir əlavə edib.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan Qərb, Yaponiya və Koreya avtomobil sənayesi Rusiya bazarını tərk edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər