Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) Rəhbərlər Şurasının altıncı iclasının gündəliyi çərçivəsində Rusiya, Çin və İran nüvə sazişinin bərpasına çağıran birgə bəyanat yayıblar. Bu barədə “Tasnim” məlumat yayıb.
Ölkələr nüvə sazişinin yenilənməsi üçün dəfələrlə səy göstərdiklərini, xüsusən Vyanada danışıqların doqquz raundunda iştirak etdiklərini xatırladıblar. Bundan əlavə, Moskva, Pekin və Tehran 2022-ci ilin avqust mətninə əsaslanaraq sazişə qayıtmağa hazır olduqlarını təsdiqləyiblər. Eyni zamanda, müqavilənin digər iştirakçıları – Fransa, Almaniya, Böyük Britaniya və ABŞ müqaviləni yeniləmək çağırışlarına məhəl qoymurlar.
2015-ci ildə bağlanan nüvə sazişinə əsasən, İran nüvə proqramının azaldılması və nəzarət altına alınmasına cavab olaraq BMT-nin sanksiyalarından qurtulmalı idi. Lakin 2018-ci ildə ABŞ prezidenti Donald Tramp sazişdən çıxdığını bəyan edib. Nəticədə ABŞ-nin İrana qarşı sanksiyaları yeniləndib.
İranın nüvə sazişinə qayıtmaq üçün danışıqlar 2021-ci ilin aprelində Vyanada bərpa edilib və 2022-ci ilin noyabrında heç bir nəticə vermədən başa çatıb.