Astanada Çin-Qazaxıstan-Rusiya marşrutu üzrə “vahid rəqəmsal dəhliz”in yaradılmasına dair üçtərəfli saziş imzalanıb.
Bu barədə Qazaxıstan Milli Rifah Fondu olan “Samruk-Kazına” məlumat yayıb.
Məlumata görə, sənəd “Slavtrans-Servis”, “Xi’an Free Trade Port Construction and Operation Co.” və “KTZ Express” şirkəti arasında imzalanıb.
Sazişin imzalanması Qazaxıstan-Çin İşgüzar Şurasının iclası çərçivəsində Astanada baş tutub. Ümumilikdə, tədbir nəticəsində 3.7 milyard dollardan artıq dəyəri olan 40-dan çox sənəd imzalanıb.