8 C
Baku
Sunday, November 17, 2024

Rusiya Çinlə dövriyyəni $200 mlrd.-a çatdırmaq istəyir

Rusiya və Çin 200 milyard dollarlıq ticarət dövriyyəsinə nail olmaq niyyətindədir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda (ŞİF) Çinin Dövlət Şurasının Baş nazirinin müavini Çjan Qotsinlə görüşdə bildirib.

“Sədr Si Cinpin və mənim dövriyyəmizi 200 milyard dollara çatdırmaq üçün qarşıya qoyduğumuz məqsədə çox yaxın gələcəkdə, hələ bu ilin əvvəlində nail olmaq olar”, – dövlət başçısı deyib.

Rusiya lideri Çinin Sədri Si Cinpinlə dostluq münasibətlərinin olduğunu vurğulayıb: “Həm işgüzar, həm də şəxsi dostluq münasibətləri. Bu, əlbəttə ki, ikitərəfli münasibətlərin və dövlətlərarası əlaqələrin inkişafına kömək edir”.

Putin Moskva ilə Pekin arasında iqtisadi və siyasi əməkdaşlığın inkişaf səviyyəsini yüksək qiymətləndirib:

“Rusiya ilə Çin arasında iqtisadi əməkdaşlıq sahəsində əlaqələr çox yüksək səviyyəyə çatıb. Sözsüz ki, bütün bunlar siyasi sahədə əldə olunanların sonucudur. Bununla belə, nəticələr yaxşıdan çox – əladır”.

O həmçinin əlavə edib ki, Moskva və Pekin artıq münasibətlərin misli görünməmiş yüksək səviyyəsinə nail olub və əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər