“Rusiya Dəmir Yolları” İranda həyata keçirdiyi infrastruktur layihələrini dayandırıb

MOSCOW, RUSSIA - MARCH 11, 2017: A Lastochka train arrives at Ugreshskaya Station of the Moscow Central Circle (MTsK, Line 14), a commuter rail line in central Moscow. Dmitry Serebryakov/TASS Ðîññèÿ. Ìîñêâà. 11 ìàðòà 2017. Ïîåçä íà ñòàíöèè "Óãðåøñêàÿ" Ìîñêîâñêîãî öåíòðàëüíîãî êîëüöà (ÌÖÊ). Äìèòðèé Ñåðåáðÿêîâ/ÒÀÑÑ

“Rusiya Dəmir Yolları” şirkəti İranda həyata keçirdiyi infrastruktur layihələrini dayandırıb.

Bu barədə şirkətin mətbuata açıqlamasında bildirilib. Qeyd edilib ki, şirkət İran dəmir yollarını elektrikləşdirmək üçün hazırlanmış birgə layihədən çıxır və ümid edir ki, bu, Rusiya və İran Dəmir Yolları idarələrinin əməkdaşlığına maneə yaratmaz. Layihəyə əsasən şirkət İranın Ramsar-İncə Burun dəmir yolu xəttində elektrik (elektrovoz) qatarların hərəkətini təmin etməli idi.

“Rusiya Dəmir Yolları” Tehrandakı filialını bağladığını elan edib və İrandakı layihələrdən çıxmasının səbəbini açıqlamayıb. Lakin bildirilib ki, şirkət Hindistan, Serbiya və Kubada həyata keçirdiyi layihələri davam etdirəcək.

Xatırladaq ki, “Rusiya Dəmir Yolları” şirkəti Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan dəmir yolunun İrandan keçən hissəsində də elektrik işlərini həyata keçirməyə razılıq vermişdi.

İran tərəfi hələlik bu məsələyə münasibət bildirməyib.

Azərtac