17 C
Baku
Tuesday, April 30, 2024

Rusiya daha bir Avropa ölkəsinə qazı kəsib

“Qazprom eksport” Hollandiyadakı əsas tərəfdaşı “Gas Terr” qaz şirkəti ilə müqavilə əsasında Rusiya qazının tədarükünü dayandırıb, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Bundan əvvəl treyder mavi yanacağın pulunu rublla ödəməkdən imtina edib. Şirkət Avropa İttifaqının (Aİ) sanksiyalarının pozulmasından və ödənişlə bağlı çətinliklərdən qorxduğunu deyib. Qeyd edək ki, Polşa, Bolqarıstan və Finlandiya da Rusiyadan qaz alışını dayandırıblar.

Mayın 30-da “Qazprom” Hollandiyadan qaz pulunu vaxtından almadığını açıqlayıb. Holdinq əlavə edib ki, mayın 31-də bu ölkədə tədarük dayandırılacaq.

“Gas Terra” “Qazprom”un ödəniş tələbləri ilə razılaşmayıb. Xatırladaq ki, martın sonunda Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrə qazı rublla satmağı tapşırıb. İlk növbədə yeni ödəniş sistemi Avropa İttifaqı ölkələrinə şamil olunub.

Mayın 31-dən etibarən Danimarkaya da qaz tədarükü dayandırılacaq. O, Moskvanın şərtləri ilə razılaşmadığını bəyan edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər