11 C
Baku
Wednesday, December 11, 2024

Rusiya daha bir beynəlxalq müqavilədən çıxıb

Rusiya Federasiyası Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“2023-cü il noyabrın 7-i saat 00:00-da Rusiyanın bu müqavilədən çıxması ilə bağlı prosedur başa çatıb. Rusiya təəssüflənmədən və haqlı olduğuna əmin olaraq bu müqavilə ilə vidalaşır. Əldə edilmiş həm müsbət, həm də mənfi təcrübə nəzərə alınacaq”, – nazirlik bildirib.

2023-cü il mayın 10-da Rusiya Prezidenti Vladimir PutinAvropada Adi Silahlı Qüvvələr Müqaviləsinin denonsasiyası haqqında qanunun hazırlanmasına göstəriş verib. Mayın 29-da Putin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqaviləni denonsasiya edən qanunu imzalayıb.

Avropada Adi Silahlı Qüvvələr Sazişi 1990-cı ildə Parisdə imzalanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər