11 C
Baku
Monday, November 25, 2024

Rusiya digər ölkələrə dövlət kreditlərinin verilməsi şərtlərini dəyişdi

Rusiya xarici ölkələrə dövlət kreditlərinin verilməsi şərtlərini dəyişib.

Qərar Rusiya Federasiyası Hökuməti tərəfindən təsdiq edilib.

Beləliklə, indi Rusiya beynəlxalq reytinq agentliklərinin kredit reytinqindən asılı olmayaraq digər ölkələrə kredit verə biləcək.

Əvvəllər Moskva krediti xarici ölkələrin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına görə altıncı və ya daha aşağı kredit riski qrupuna aid olan dövlətlərə vermirdi.

Həmçinin, uzunmüddətli krediti reytinqi Fitch, Standard & Poor’s təsnifatına görə “B-“-dən aşağı və ya Moody’s-ə görə “B3”-dən aşağı olan dövlətlər kredit götürə bilməzdi.

Əvvəlki üç ay ərzində 10 il müddətinə ABŞ dolları ilə suveren kredit defolt svoplarının orta dəyəri 800 baza bəndini keçən ölkələrə də Rusiyadan kredit almağa icazə verilməyib. İndi bu bəndlər etibarsız hesab edilir.

Bundan əlavə, Moskva gələcəkdə dövlət kreditləri verərkən beynəlxalq maliyyə institutlarının tövsiyələrini rəhbər tutmayacaq.

Eyni zamanda, digər ölkələrin bu cür kreditləri hansı valyuta ilə ödəyəcəyinə dair tələblər yumşaldılıb. Onlar verilmiş kreditlərin qaytarılmasına və ödənilməsinə imkan verən tərəflərin razılaşdırdıqları istənilən pul vahidlərində hesablana biləcəklər.

Son xəbərlər
Digər xəbərlər