Rusiya dizel ixracına tam qadağa qoya bilər

Rusiya neft emalı zavodlarına hücumlar nəticəsində neft emalının azalması və daxili bazarda mümkün yanacaq qıtlığının qarşısını almaq üçün dizel ixracına tam qadağa tətbiq etməyi nəzərdən keçirir.

Banker.az bu barədə “Bloomberg”ə  istinadən xəbər verir.

Hazırda müəyyən məhdudiyyətlər qüvvədədir, lakin onların tam ixrac qadağasına qədər genişləndirilməsi mümkündür.

Rusiya qlobal dizel tədarükünün təxminən 11%-ni təmin edir və dünyanın ən böyük dizel ixracatçılarından biridir. Buna görə də belə bir qərar dünya bazarlarında yanacaq qiymətlərinin artmasına səbəb ola bilər

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər