955A (“Borey-A”) layihəsinin strateji təyinatlı “Generalissimus Suvorov” nüvə raket sualtı kreyseri və 885M (“Yasen-M”) layihəsinin “Krasnoyarsk” çoxməqsədli nüvə sualtı qayığı yeni il ərəfəsində Rusiyanın Hərbi Dəniz Qüvvələrinə təhvil verilə bilər.
Bu barədə TASS-a hərbi quruma yaxın mənbə bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, iki nüvə sualtı qayığının Sakit okeanı Donanmasının tərkibinə keçməsi 2023-cü ilin yayına planlaşdırılır:
“Əvvəlcə Şimal dəniz dəhlizi ilə donanmalararası keçidi “Generalissimus Suvorov” həyata keçirəcək, sonra isə “Krasnoyarsk” gedəcək”.