Rusiya hökuməti dost olmayan dövlətlərin siyahısını genişləndirib. Siyahıya Yunanıstan, Danimarka, Sloveniya, Xorvatiya və Slovakiya daxil edilib, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Hökumətin siyahısında ölkələrin adları ilə yanaşı, Rusiyada yerləşən neçə fiziki şəxsin dost olmayan ölkələrin diplomatik nümayəndəlikləri ilə əmək münasibətlərinə girə biləcəyi göstərilir: Yunanıstan – 24, Danimarka – 20, Slovakiya – 16, Sloveniya və Xorvatiya – 0.
Qeyd edək ki, Rusiyanın dost olmayan dövlətlərin siyahısı yekun deyil və sonra yenə uzadıla bilər. Siyahıya Avstraliya, Albaniya, Andorra, Böyük Britaniya, o cümlədən Cersi, Anqilya, Britaniya Virgin adaları, Cəbəllütariq, Avropa İttifaqına üzv dövlətlər, İslandiya, Kanada, Lixtenşteyn, Mikroneziya, Monako, Yeni Zelandiya, Norveç, Koreya Respublikası, San Marino, Şimali Makedoniya, Sinqapur, ABŞ, Tayvan (Çin), Ukrayna, Monteneqro, İsveçrə, Yaponiya daxildir.