13 C
Baku
Saturday, November 23, 2024

Rusiya “dost olmayan ölkələr”ə qazı rublla satacaq – Artıq fərman imzalandı

Vladimir Putin dost olmayan ölkələrlə qaz ticarəti qaydaları haqqında fərman imzalayıb.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

O, bu ölkələrlə ticarətin rublla həyata keçiriləcəyini vurğulayıb. Sərəncam aprelin 1-dən qüvvəyə minəcək.

“Biz belə (dost olmayan) ölkələrdən olan podratçılara aydın və şəffaf sxem təklif edirik. Rusiya təbii qazını almaq üçün onlar Rusiya banklarına rubl hesabları açmalıdırlar. Sabahdan, cari ilin aprelin 1-dən qaz ödənişi bu hesablardan ödənilməlidir”, – fərmanda bildirilib.

Son xəbərlər
Digər xəbərlər