17 C
Baku
Friday, April 19, 2024

Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərin tarixi açıqlanıb – FƏRMAN

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçiriləcək seçkilərinin vaxtının təyin edilməsi haqqında fərman imzalayıb.

RİA Novosti xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Fərmanda deyilir:

“Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması deputatlarının seçilməsi haqqında 22 fevral 2014-cü il tarixli, 20-FZ saylı Federal Qanunun 5-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq qərar alıram:

Rusiya Federasiyası Federal Məclisinin yeni çağırış Dövlət Dumasına millət vəkillərinin seçilməsi 19 sentyabr 2021-ci il tarixinə təyin edilsin”.

Son xəbərlər
Digər xəbərlər