9 C
Baku
Friday, December 13, 2024

Rusiya bu təşkilatdan rəsmən çıxdı

Rusiyanın Baş naziri Mixail Mişustin ölkənin Dünya Turizm Təşkilatından (UNWTO) çıxması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən “Rusiya Federasiyasının beynəlxalq müqavilələri haqqında” Qanunun 36-cı maddəsinə uyğun olaraq Rusiya Xarici İşlər Nazirliyinin ölkənin Dünya Turizm Təşkilatından çıxması ilə bağlı aidiyyəti federal icra hakimiyyəti orqanları ilə razılaşdırılmış təklifi qəbul edilib.

Rusiya hələ aprelin 27-də Ukraynadakı müharibə və ölkəyə qarşı sanksiyaların tətbiqi fonunda “fəaliyyətinin siyasiləşdirilməsinə görə” UNWTO-dan çıxmaq niyyətini açıqlayıb. Təşkilatın baş katibi Zurab Pololikaşvili Rusiya Dünya Turizm Təşkilatından çıxması ilə bağlı niyyətini açıqlayıb.

Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) proqnozuna görə, ölkənin təşkilatı tərk etməsindən iqtisadi itkiləri sıfıra bərabər olacaq.

 

 

Son xəbərlər
Digər xəbərlər