10 C
Baku
Thursday, December 26, 2024

Rusiya Ermənistana verdiyi nota ilə bağlı cavab gözləyir

“Biz Ermənistana verdiyimiz nota ilə əlaqədar bu ölkədən cavab gözləyirik”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev deyib.

“Bu gün Rusiyanın müvəqqəti işlər vəkili ilə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi arasında konstruktiv söhbət baş tutub. Biz cavab gözləyirik”, – o bildirib.

Xatırladaq ki, Rusiya avqustun 17-də Ermənistana nota verib. Buna səbəb isə “Surmalu” ticarət mərkəzində baş verən partlayışla bağlı Rusiyanın ittiham olunmasıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər