Rusiya Ermənistandakı səfirini dəyişə bilər.
Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, rəsmi Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı son bəyanatlarından sonra belə bir qərar verə bilər:
“Rusiya Ermənistandakı səfirini dəyişəcək və İrəvana kifayət qədər ciddi fiqur göndərməyə hazırlaşır”.