Rusiya Ermənistanın qaz sisteminə 270 mln. dollar sərmayə qoyacaq

Rusiya Ermənistanın qaz sisteminin modernləşdirilməsinə 270 milyon ABŞ dolları sərmayə qoyacaq.

Bu barədə “Roscongress” jurnalı yazır.

Qeyd olunub ki, söhbət Abovyan qazsaxlama məntəqəsinin genişləndirilməsi, qaz kəmərlərinin yenidən qurulması və yeni abonentlərin qoşulmasından gedir.

Bildirilir ki, işlərin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər