Ermənistan vətəndaşlarının quru sərhədindən Rusiyaya girişinə qoyulan bütün məhdudiyyətlər aradan qaldırılıbb.
Bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin erməni həmkarı Nikol Paşinyanla görüşündə bildirib. O bu qərarın turizm və iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib.
“Hökumətin qərarına əsasən, Ermənistan vətəndaşlarının Rusiya ərazisinə quru yolu ilə daxil olmasına dair bütün məhdudiyyətlər aradan qaldırılıb”, – Mişustin söyləyib.