9 C
Baku
Sunday, November 17, 2024

Rusiya Estoniya səfirini ölkədən çıxarır

Estoniya səfirindən fevralın 7-dək Rusiya Federasiyasının ərazisini tərk etmək tələb olunub.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Estoniyanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, ona Estoniya hakimiyyətinin hərəkətləri ilə bağlı sərt etiraz notası təqdim edilib.

XİN ikitərəfli münasibətlərin belə inkişafı ilə bağlı məsuliyyətin tamamilə Estoniya tərəfinin üzərinə düşdüyünü izah edib.

Səfirə deyilib ki, Rusiya Federasiyası bundan sonra da Estoniya rəhbərliyinin düşməncəsinə addımlarına cavab verməyə davam edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər