Rusiya estoniyalı diplomatı arzuolunmaz şəxs elan edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Martın 24-də Rusiya Federasiyasının Tallindəki səfirliyinin diplomatik əməkdaşı tərəfindən heç bir əsas olmadan arzuolunmaz şəxs elan edilməsi ilə bağlı Estoniya diplomatik missiyasının rəhbərinə kəskin etiraz bildirilib”, – məlumatda qeyd edilib.
Bildirilib ki, Estoniyanın Moskvadakı səfirliyinin eyni ranqlı diplomatı Rusiyanı tərk etməlidir.