Rusiyanın “İnter RAO” şirkətinin törəmə müəssisəsi olan “RAO Nordic” Finlandiyaya elektrik enerjisi nəqlini dayandırıb.
Bu barədə Finlandiyanın “Fingrid” elektrik şəbəkə şirkətinin rəsmisi Timo Kaukonen bildirib.
Qeyd olunub ki, Rusiyadan Finlandiyaya elektrik enerjisi nəqli bu gün gecə yarısından etibarən dayanıb.
Nəqlin dayandırılmasının səbəbi əvvəl nəql olunan elektrik enerjisinə görə ödənişin həyata keçirilməməsi göstərilib.
Finlandiyanın elektrik enerjisinə tələbatının 10 faizini Rusiyadan idxal təmin edir. Finlandiya tərəfi Rusiyadan nəqlin dayanmasını İsveçdən elektrik enerjisi tədarükü hesabına kompensasiya edəcəyini bildirib.