Fransa artıq boru kəmərləri vasitəsilə Rusiyadan qaz almır.
Bu barədə məlumatı “GRTgaz” operatoru yayıb.
Məlumata görə, Fransa iyunun 15-dən etibarən boru kəməri ilə Rusiyadan təbii qaz əldə etmir.
Bildirilir ki, Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” boru kəməri ilə təchizatın azaldılmasının təmir işləri ilə bağlı olduğunu açıqlayıb. Lakin Avropa İttifaqı rəsmiləri Moskvanın bununla Ukraynanın müttəfiqlərini cəzalandırdığına inanırlar.