Rusiya avqustun 1-dən beynəlxalq uçuşları bərpa edir.
Bu barədə Rusiyanın Baş Naziri Mixail Mişustin bildirib.
Onun sözlərinə görə, ilkin olaraq uçuşlar Moskva, Moskva vilayəti, Sankt-Peterburq və Rostovdan həyata keçiriləcək.
Uçuşların həyata keçiriləcəyi ölkələrin siyahısı isə sonra açıqlanacaq.