Sentyabrın 10-dan etibarən Rusiyanın “Aeroflot” aviaşirkəti Maldiv adalarına uçuşları bərpa edəcək.
RİA “Novosti” verdiyi məlumata görə, bu barədə aviaşirkətin mətbuat katibi Yuliya Spivakova bildirib.
Qeyd edək ki, Rusiyanın Baş Naziri Mixail Mişustin bu gün Rusiyadan Misir, Birləşmiş Ərəb Əmirlikləri və Maldiv adalarına uçuşların bərpa edilməsinə dair sərəncam imzalayıb.
www.sizinlombard.az
Читать дальше
Moskvadan Maldiv adalarının paytaxtı Male şəhərinə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Biletlər artıq şirkətin rəsmi veb-saytında satışa çıxarılıb.
Bundan başqa, “Aeroflot” sentyabrın 11-dən etibarən Dubaya da uçuşları bərpa edəcək. Moskvadan Dubaya uçuşlar həftədə iki dəfə (V və VII günləri) yerinə yetiriləcək.
Xatırladaq ki, hazırda Rusiyadan Türkiyə, Böyük Britaniya, Tanzaniya və İsveçrəyə uçuşlar həyata keçirilir.