Estoniya hökuməti Rusiya gəmilərinin bu ölkənin limanlarına daxil olmasını qadağan edib.
Bunu Estoniyanın iqtisadiyyat və kommunikasiyalar naziri Taavi Aas deyib.
Qərar bu gündən, aprelin 17-dən qüvvəyə minib.
“Kremlin aqressiyasına son qoymasına dair heç bir əlamət yoxdur. Ona görə Avropa tədricən müharibənin Rusiyaya baha başa gəlməsi üçün strateji yollar axtarır”, – o söyləyib.
Qeyd edək ki, bundan əvvəl bir neçə ölkə, o cümlədən Belçika, Ruminiya, Bolqarıstan və İtaliya Rusiya gəmilərinin öz limanlarına daxil olmasına qadağa qoyub.