8 C
Baku
Thursday, December 12, 2024

Rusiya “Google” şirkətini daha 2 milyon rubl məbləğində cərimə edib

Rusiya “Google” şirkətini 2 milyon rubl məbləğində cərimə edib.

Moskvanın Taqansk rayonunun məhkəməsi qadağan edilmiş kontentləri ləğv etmədiyi üçün “Google” şirkətinin 2 milyon məbləğində cərimə olunması barədə qərar verib.

Rusiya bundan əvvəl də “Google” şirkətini cərimə etmişdi. Hazırda cərimənin ümumi məbləği 28,5 milyon rubla çatıb.

“Google” şirkətindən ölkədə qadağan edilmiş kontentləri, o cümlədən ekstremizmə çağırış olan mətnləri silmək tələb olunur.

Rusiya Federal Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Xidməti (Roskomnadzor) bu ilin yazında “TikTok”, “VKontakte”, “Telegram”, “Odnoklasniki”, feysbuk, tviter və yutub sosial şəbəkələrini gəncləri qanunsuz aksiyalara çağıran kontentlər yerləşdirməkdə təqsirləndirmişdi.

Bu iddiaların bəziləri artıq icra edilib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər