6 C
Baku
Saturday, December 3, 2022

Rusiya gübrəsi Türkiyə üzərindən ehtiyacı olan ölkələrə göndəriləcək

Baş verən proseslər Türkiyənin Avropa üçün açar ölkə olduğunu təsdiqləyir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun ən bariz nümunəsi Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu oynamasıdır. Ərdoğan müharibədə axan qanın dayandırılması üçün böyük səylər göstərdiyini söyləyib:

“Taxıl koridorunun davamlı şəkildə işləməsi bütün dünya və Ukrayna xalqının xeyrinə olacaq. Bu arada, Rusiya gübrəsinin Türkiyə üzərindən ehtiyacı olan ölkələrə göndərilməsi niyyətindəyik”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər
X