-1 C
Baku
Sunday, December 15, 2024

Rusiya Gürcüstanla hava əlaqəsini bərpa etməyə hazırlaşmır

“Rusiyanın Gürcüstanla hava əlaqəsinin bərpası ilə bağlı şərtləri qüvvədə qalır”.

Bunu Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko “TASS” agentliyinə müsahibsində deyib.

Onun sözlərinə görə, uçuşların bərpası məsələsi koronavirus pandemiyası ilə bağlı vəziyyət, həmçinin Gürcüstan tərəfinin rusiyalıların ölkə ərazisində təhlükəsizliyinin təminatı ilə bağlı şərtlərin yerinə yetirməsindən asılıdır.

XİN rəsmisi deyib ki, bu şərtlər Rusiyanın rəsmi şəxsləri tərəfindən dəfələrlə səsləndirilib.

Qeyd edək ki, Rusiya Gürcüstanla birbaşa uçuşları 2019-cu ilin iyulun 8-dən dayandırıb.

Son xəbərlər
Digər xəbərlər