Rusiya Gürcüstanla viza rejimini ləğv edib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir. Qərar barədə Rusiya Prezidenti Vladimri Putin göstəriş verib.
“Gürcüstan vətəndaşları Rusiyaya 90 günə qədər vizasız gedə bilərlər”, – fərmanda deyilir.
Putinin göstərişinə əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur.