26 C
Baku
Monday, June 27, 2022

Rusiya: hərbi təyyarə qəzasında azı 92 nəfər ölüb

Rusiyanın müdafiə nazirliyi bildirir ki, axtarışlar nəticəsində 10 nəfərin cəsədi tapılıb.

Axtarışlar bütün sutka ərzində davam edəcək. Axtarış işlərinə 27 gəmi, 37 dalğıc, 4 vertolyot, xüsusi avadanlıq – sualtı idarə olunan səyyar “Falkon” cihazları cəlb edilib.

Nazirlik yaxın vaxtlarda axtarış ərazisinə 100-dən çox dalğıc gətiriləcəyini bildirib.

Bazar günü səhəri göyərtəsində azı 92 nəfəri daşıyan Rusiyaya məxsus hərbi təyyarə Qara dəniz yaxınlığında, Soçidə qəzaya uğrayıb, Rusiyanın müdafiə nazirliyi bildirir.

Prezident Vladimir Putin qəza ilə bağlı bazar ertəsi gününü matəm günü elan edib.

MənbəBBC Azəri
Son xəbərlər
Oxşar xəbərlər