Rusiya hərbçiləri Ukraynanın Severodonetsk şəhərini tamamilə ələ keçirib.
Bu barədə Severodonetsk şəhər hərbi-mülki administrasiyasının rəhbəri Aleksandr Stryuk bildirib.
“Şəhər artıq tamamilə Rusiyanın nəzarəti altındadır, artıq komendant da təyin edilib. Severodonetsk o qədər dağıdılıb ki, insanların bu vəziyyətin öhdəsindən gəlməsi çətin olacaq. Ümid edək ki, şəhər yenidən Ukraynanın nəzarətinə keçəcək”, – Stryuk deyib.