20 C
Baku
Tuesday, April 30, 2024

“Rusiya hərbi bazasının Ermənistandan çıxarılması müzakirə olunmur” – Paşinyan

Rusiya hərbi bazasının Ermənistandan çıxarılması müzakirə olunmur.

Bu barədə Ermənistanın Baş nazir Nikol Paşinyan “The Wall Street Journal”a müsahibəsində bildirib.

Baş nazir bildirib ki, Rusiya və KTMT ilə digər məsələlər müzakirə olunur və İrəvan mövcud vəziyyətin nədən qaynaqlandığını bilmək istəyir.

“Üzv ölkələr 2021-2022-ci illərdə Bakının hərəkətlərinə reaksiya vermədilər. Baxmayaraq ki, KTMT-nin nizamnaməsi uyğun olaraq blokun üzvü və müttəfiqinin ərazisinə hücum zamanı reaksiya verilməlidir. Amma bu baş vermədi və bu, hökumətdə və cəmiyyətdə suallar doğurdu”, – deyə o bildirib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər