Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Baş Kəşfiyyat İdarəsinin keçmiş rəisi general Fyodr Ladıgin uzun sürən xəstəlikdən sonra 84 yaşında dünyasını dəyişib.
TASS xəbər verir ki, bu barədə Rusiya Hərbi Rəislər Klubunun Aparat rəhbəri Nikolay Deryabin bildirib.
Qeyd edək ki, general F.Ladıgin 1992-1997-ci illərdə bu vəzifədə çalışıb.