Rusiya hərbi xidmətə yararlılığın məcburi yoxlanılmasını ləğv edə bilər

Rusiya hakimiyyəti müqaviləli hərbçilərin və səfərbərliklə çağırılan şəxslərin tibbi müayinəsi qaydasının dəqiqləşdirilməsini təklif edib və yararlılığın məcburi yoxlanılmasının ləğvini nəzərdən keçirir.

Rusiya Müdafiə Nazirliyi müqaviləli hərbçilərin və səfərbərliklə çağırılanların tibbi müayinəsinin yalnız xəsarət və ya müəyyən xəstəliklər olduqda aparılmasını təklif edir.

Hazırda isə müqavilə bağlanmazdan və ya səfərbərlik çağırışı zamanı tibbi müayinə məcburidir.

Dəyişikliklər 28 mart 1998-ci il tarixli 53-FZ saylı “Hərbi vəzifə və hərbi xidmət haqqında” federal qanunun 5.1-ci maddəsinə edilir və hökumət tərəfindən təqdim edilən qanun layihəsində yer alır.

MənbəMODERN.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər