Rusiyanın aviasiya idarələri güzgü kimi davranmağı və Rusiya təyyarələrinin uçuşlarına ilk qadağa qoyan bütün ölkələr üçün hava məkanını bağlamağı planlaşdırır.
Bu barədə TASS-a Rusiya Federasiyasının Nəqliyyat Nazirliyindəki mənbə bildirib.
Qeyd edək ki, Polşa, Çexiya, Bolqarıstan Rusiya təyyarələri üçün hava məkanını bağlayıb. Rumıniya da bənzər addım atmaq niyyətində olduğunu açıqlayıb.