9 C
Baku
Thursday, December 12, 2024

“Rusiya Helikopterləri” holdinqi Azərbaycanda servis mərkəzi açacaq

Bakıda keçirilən üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edən “Rusiya Helikopterləri” holdinqi Azərbaycan ərazisində Rusiya hərbi texnikası üçün servis mərkəzi yaratmaq təklifini verəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə holdinqin servis məsələləri üzrə baş direktor müavini İqor Çeçikov məlumat verib.

Onun sözlərinə görə, sərgi çərçivəsində ən yeni hərbi və mülki helikopter nümunələri təqdim edəcəklər: “Biz həmçinin Azərbaycan ərazisində Rusiya istehsalı helikopterləri üçün servis mərkəzi yaratmaq məsələsini gündəmə gətirməyi düşünürük”.

Qeyd edək ki, “Rusiya Helikopterləri” holdinqi “ADEX-2018” sərgisinə Mi-38 modellərinin nəqliyyat-sərnişin variantını, həmçinin “Ansata”, Mi-35M helikopterlərini təqdim edir.

Son xəbərlər
Digər xəbərlər