5 C
Baku
Bazar, Noyabr 28, 2021

Rusiya hökuməti inflyasiya proqnozunu kəskin artırıb

Rusiyanın İqtisadiyyat Nazirliyi 2021-ci il üçün ölkə üzrə inflyasiya proqnozunu 5,8%-dən 7,4%-ə qaldırıb.

“Kommersant”ın verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.

Onun sözlərinə görə, qiymət artımına əsas təkanı ərzaq inflyasiyası verir. Bunun fonunda hökumət ərzaq inflyasiyasını korrektə etmək üçün tədbirlər planı hazırlayıb. Eyni zamanda, İqtisadi İnkişaf Nazirliyi 2022-2024-cü illər üçün inflyasiya proqnozlarını və digər parametrləri dəyişməz saxlayıb. Rusiyada inflyasiyanın 4%-ə qayıdacağı 2022-ci ilin sonunda gözlənilir.

Son xəbərlər
Oxşar xəbərlər
X