25 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Rusiya hökuməti SOCAR-ın zavoduna investisiya ayıracaq

Screen Shot 2021 09 02 at 14.34.20

Rusiyanın Energetika Nazirliyi 14 neft emalı zavodunun modernizasiya edilməsi və yeni yanacaq istehsalı müəssisələrinin inşasına dair müqavilələr imzalayıb.

Bu barədə Rusiyanın Energetika Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu müqavilə 2027-ci ilə qədər davam edəcək və onun ümumi dəyəri 800 milyard rubl (10,58 mlrd ABŞ dolları) təşkil edir.

Bu neft şirkətləri ilə imzalanmış sazişlərə əsasən, ikinci dərəcəli neft emalı üçün 30 texnoloji qurğunu, habelə köməkçi qurğuları və sahədənkənar qurğuları yenidən qurub istismara verməlidirlər. Bu, benzin istehsalını illik 3,6 milyon tondan çox, dizel yanacağı istehsalını isə ildə 25 milyon tondan çox artıracaq.

Energetika Nazirliyinin məlumatında deyilir ki, 2020-ci ildə Rusiyada benzin istehsalı 2019-cu ilin səviyyəsinə görə 4,5 % azalaraq 38,4 milyon tona, dizel yanacağı isə 0,5 % azalaraq 78 milyon tona düşüb.

Neft Emalı Zavodlarının modernizasiyasına dair investisiya müqavilələri “Rosneft”in Novokuybışevsk, Sızransk, Tuapse, Komsomolski neftayırma zavodlarını, “Qazpromneft” şirkətinin Moskva və Omsk NEZ-lərini, “LUKoil”in “LUKoil –Nijeqorodneftorqsintez”, Mixail Qutseriyevin “Safmar” qrupu ilə Afipski NEZ və “Orsknefteorqsintez”, habelə “Qazprom neftexim Salavat”, “Tatneft” şirkətinin törəmə “Taneko” şirkəti, Novoşaxtinski neft məhsulları zavodu və İlsk NEZ ilə imzalanıb.

Saziş imzalanan şirkətlər arasında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus Antipinski neft emalı zavodu da mövcuddur.

Qeyd edək ki, razılaşmalar 1 yanvar 2031-ci il tarixinədək qüvvədədir.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər