10 C
Baku
Friday, December 13, 2024

Rusiya hökuməti Azərbaycanla pensiya sahəsində əməkdaşlıq barədə sazişi Dumaya təqdim edib

Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycanla pensiya təminatı sahəsində əməkdaşlıq haqqında sazişin Dövlət Dumasına təsdiq üçün təqdim edilməsi haqqında qərar imzalayıb.

Saziş ratifikasiya üçün Dumaya göndərilib.

Qərarda qeyd edilir ki, saziş 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanıb.

Müqavilənin müddəalarına əsasən, pensiya hesablanarkən Azərbaycan vətəndaşlarına Rusiyada işləyərkən qazandıqları əmək stajı, rusiyalılar üçün isə Azərbaycan ərazisində qazandıqları əmək stajı hesablanacaq.

Son xəbərlər
Digər xəbərlər