Ölkənin baş naziri Dmitriy Medvedev, hökumətin istefa etdiyini bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Federal Məclisdə çıxış edərkən Dövlət Dumasına Rusiyanın Baş nazirinin namizədliyini təsdiqləmək hüququnun verilməsini təklif edib. Konstitusiyada müəyyən dəyişiklər olacaq, Rusiya prezidentinin səlahiyyətləri azaldılır.