Rusiya hökuməti və Mərkəzi Bankı koronavirusun təsirini minimuma endirmək və neftin qiymətini aşağı salmaq üçün görüləcək iqtisadi dəstək tədbirlərini açıqlayıb. Hökumət bu məqsədlə 300 milyard rubl vəsait ayırmağa hazırdır.
Banker.az bu barədə rus mətbuaına istinadən xəbər verir.
Maliyyə sabitliyini üçün görüləcək tədbirlər:
– Mərkəzi Bank bazarları lazımi qədər rubl və valyuta likvidliyi ilə təmin etməyə davam edəcək; zərurət olarsa, “maliyyə qurumlarının dinamik dəyişən bazar şərtlərinə uyğunlaşmasını asanlaşdıran” tənzimləyici tədbirlərdən istifadə edəcəkdir;
Aviaşirkətlər və səyahət şirkətləri üçün dəstək tədbirləri:
– vergi yığımı təxirə salınacaq;
– Mərkəzi Bank banklara nəqliyyat və turizm sahəsində borcalanlarla onların maliyyə vəziyyətlərini qiymətləndirmədən işləməyə icazə verəcək;
– kreditlərin yenidənqurması və prolonqasiyası (uzadılması) üçün zəmanətlər veriləcək;
Kiçik və orta biznes üçün təstək tədbirlər:
– güzəştli kredit və təminat dəstəyi proqramları genişləndiriləcək;
– dövlət və bələdiyyə əmlakının icarəzi üçün üç ay gecikmə hüququ tətbiq oluna bilər;
Ticarət sahəsi üçün dəstək tədbirləri:
– qısamüddətli güzəştli kreditlərin verilməsi;
– Sosial əhəmiyyətli malların müəyyən növləri üçün gömrük tərəfindən “yaşıl dəhliz” istifadə təcrübəsinin genişləndirilməsi;
Digər dəstək tədbirləri:
– Mərkəzi Bank əczaçılıq və tibbi avadanlıq sənayesinə kreditlərin verilməsi üçün bankların tələblərini sadələşdirəcək;
– dövlət tədarükçülərə yardım göstərəcək, qeyri-resurs üçün valyuta nəzarətinə əməl edilmədikdə cərimələr tətbiq edilməyəcəkdir.







