23 C
Baku
Monday, September 16, 2024

Rusiya hökuməti ölkədə iqtisadi artımla bağlı proqnozunu yaxşılaşdırıb

Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 2024-cü ildə ölkədə ümumi daxili məhsulunun (ÜDM) artımına dair proqnozunu 2,8 %-dən 3,9 %-ə qaldırıb.

Bu barədə nazirlikdən bildirilib.

Məlumata görə, bu il Rusiyada 195 trilyon rubl dəyərində ÜDM istehsal olunacağı gözlənilir ki, bu da aprel proqnozu ilə müqayisədə 4,4 trilyon rubl çoxdur.

Bundan başqa, qurum ölkədə iqtisadi artımın 2025-ci ildə 2,5 %, 2026-cı ildə 2,6 %, 2027-ci ildə isə 2,8 % olacağını proqnozlaşdırır.

Bundan əvvəl avqustun 28-də nazirlik “Rusiya iqtisadiyyatında mövcud vəziyyət haqqında” icmal dərc edib, sənəddə Rusiyada yanvar-iyul ayları üzrə illik iqtisadi artımın 3,4 % təşkil etdiyi bildirilib, bu isə yanvar-iyun ayları ilə müqayisədə 0,4 faiz bəndi çoxdur.

Son xəbərlər
Digər xəbərlər