Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi sürətlə artır

Mikayıl Cabbarov / FOTO

“Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr genişdir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Yaxın günlərdə Azərbaycan-Rusiya regionlararası X yubiley forumunun keçiriləcəyini vurğulayan nazir bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artır.

“2019-cu ilin 9 ayının nəticələri göstərir ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 20% artıb. Prezident İlham Əliyevin siyasəti nəticəsində inşa edilmiş müasir liman infrastrukturu, dəmir yolu şəbəkələri, logistika mərkəzlərinin daha çox fayda gətirməsi üçün Rusiya kimi böyük ölkə ilə əlaqələrimiz getdikcə daha dərinləşəcək”, – deyə M. Cabbarov vurğulayıb.

©APA


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları