35 C
Baku
Tuesday, June 18, 2024

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi beş ayda 40.7% artıb

Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, yanvar-may aylarında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi illik müqayisədə 40.7% artaraq 93.8 milyard dollara çatıb. Banker.az gömrük məlumatlarına istinadən xəbər verir ki, hesabat dövründə Çindən Rusiyaya ixrac 75.6% artaraq 42.95 milyard dollara, Rusiya mal və xidmətlərinin idxalı isə 20.4% artaraq 50.85 milyard dollara çatıb.

2022-ci ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 29.3% artaraq 190.27 milyard dollara çatıb ki, bu da rekord göstəricidir. Rusiya prezidentinin köməkçisi Maksim Oreşkin bildirib ki, Çin Rusiya ilə ticarət həcminə görə Avropa İttifaqını geridə qoyaraq Rusiyanın əsas tərəfdaşına çevrilib. Rusiyanın baş naziri Mixail Mişustin bildirib ki, Rusiya ilə Çin arasında transsərhəd ödənişlərin 70%-i rubl və yuanla həyata keçirilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər